• cümə axşamı, 25 aprel, 03:34
  • Baku Bakı 19°C

“Azərbaycanda və Rusiyada millətçi tendensiya qızışdırılmamalıdır” - Rusiya XİN

18.10.13 09:02 1394
“Azərbaycanda və Rusiyada millətçi tendensiya qızışdırılmamalıdır” - Rusiya XİN
“Biz baş verənlərlə bağlı çox narahatıq. İstəmirik ki, baş verənlər Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin ziyanına şərh olunsun”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin verib.
Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlində şübhəli bilinərək saxlanılması ilə bağlı baş verən hadisələri şərh edən nazir müavini bildirib ki, Rusiyanın məhkəmə araşdırması keçirməyə əzmi çatır: “Əminik ki, məhkəmə araşdırması keçiriləcək və günahkara layiqli cəza veriləcək. Lakin elə etməliyik ki. heç bir halda, istər Azərbaycanda, istərsə də Rusiyada millətçi tendensiya qızışdırılmasın. Bu, bizim mövqeyimizdir və bu mövqe hər zaman belə də olacaq. Rusiya çoxmillətli dövlətdir, hansı ki, müxtəlif millətlərin nümayəndələri arasında tarazlığa dəyər verir. Azərbaycanla da münasibətlərimizi yüksək dəyərləndiririk və bu münasibətlərin məntiqi inkişafına və qanuna görə ehtiyatlı hərəkət edəcəyik”.
banner

Oxşar Xəbərlər