• cümə, 29 Mart, 17:10
  • Baku Bakı 14°C

Azərbaycanda uzunmüddətli kreditləşmənin ümumi portfeldəki çəkisi 3 faiz bəndi artıb

30.12.20 17:03 442
Azərbaycanda uzunmüddətli kreditləşmənin ümumi portfeldəki çəkisi 3 faiz bəndi artıb

Azərbaycanda 2020-ci ildə uzunmüddətli kreditləşmənin ümumi portfeldəki çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz bəndi artıb.
"APA-Economics"in məlumatına görə, bunu 2020-ci ilin iqtisadi yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, cari ilin təhlili onu göstərir ki, bağlanan 4 bankın sistemdən kənarlaşdırılmasının əmanət və depozitlərdəki azalmaya təsirləri artıq stabilləşmə meyləri ilə müşayiət olunur: "Depozitlərin keyfiyyətləri üzrə tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunan əmanətlərin və kredit portfellərinin dedollarizasiya prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 42%-ə çatıb ki, bu da son 5 ildə müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlığına olan etimadın artmasına göstərilən ən yaxşı indikator hesab oluna bilər".
banner

Oxşar Xəbərlər