• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

Azərbaycanda üzən günəş elektrik stansiyaları quraşdırıla bilər

01.09.18 11:00 455
Azərbaycanda üzən günəş elektrik stansiyaları quraşdırıla bilər
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qırğızıstan və Əfqanıstanda günəş enerjisinin inkişafına texniki dəstək layihəsinə 3 milyon dollar ayırıb.
Trend-in məlumatına görə, "Floating Solar Energy Development" adlı layihə 2018-ci il avqustun 17-də AİB Direktorlar Şurası tərəfindən təsdiqlənib. Layihə bu üç ölkədə üzən günəş elektrik stansiyalarının yaradılmasına texniki dəstək göstərməyi nəzərdə tutur.
Bankın ekspertləri əmindirlər ki, bu, enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və atmosferə zərərli tullantıların azaldılmasına imkan verəcək:"Ərazinin dəyəri günəş enerjisinin inkişafı yolunda əlavə maneədir. Bəzi torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün ayrılıb, dağlıq ərazilərdə isə zəruri infrastrukturu quraşdırmaq çətindir. Sututarlarda günəş elektrik stansiyalarının quraşdırılması isə su və günəş resurslarından istifadənin optimallaşdırılmasına xidmət edəcək".
Qeyd edək ki, Azərbaycanın enerji sisteminin gücü 6 min meqavatdan çoxdur. Bununla belə, ekspertlərin fikrincə, ölkədə bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavolt-amperdən artıqdır.
"2018-2020-ci illərdə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumi dəyəri təqribən 13 milyon dollar olan 23 layihə həyata keçirməyi planlaşdırır.

banner

Oxşar Xəbərlər