• cümə axşamı, 25 aprel, 14:10
  • Baku Bakı 23°C

Azərbaycanda üçəm dünyaya gəldi

22.04.15 08:55 1031
Azərbaycanda üçəm dünyaya gəldi
Sabirabad rayonunda üçəm doğulub.
Sabirabad rayon Perinetal Mərkəzindən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini, 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı ötən gün mərkəzdə üç qız dünyaya gətirib.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1, 3,0 və 2,8 kiloqramdır. Valideynləri uşaqlara Mehriban, Leyla və Arzu adları qoyublar. Körpələrin vəziyyətinin normal olduğu bildirilib.
banner

Oxşar Xəbərlər