AZE | RUS | ENG |

Azərbaycanda tükürpədici cinayət baş verib

Azərbaycanda tükürpədici cinayət baş verib
Şamaxı sakini 16 yaşlı bacısının başını kəsib


APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Xınıslı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsgəndərov Əmrah Mahir oğlu aralarında baş verən ailə münaqişəsi zamanı bacısı, 1997-ci il təvəllüdlü İsgəndərova Nərminə Mahir qızının bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirib və onun başını kəsib.

Məlumata görə, Nərminə İsgəndərova bir neçə gün öncə özbaşına evi tərk edərək itkin düşüb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən bir neçə gün axtarılan Nərminə İsgəndərova Bakı şəhərindən tapılaraq evə gətirilib. Əmrah İsgəndərovun bacısını bu hərəkətinə görə qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000