• şənbə, 20 Aprel, 16:51
  • Baku Bakı 23°C

Azərbaycanda toy günü bəyin evini taladılar

09.09.13 08:56 1116
Azərbaycanda toy günü bəyin evini taladılar
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, bir neçə gün əvvəl Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səməd Hüseyn oğlu Məmmədov polisə müraciət edərək evinin qarət edildiyini bildirib. Şikayət ərizəsində o qeyd edib ki, evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları, 700 manat pul və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ceyhun Yusifov və 1997-ci il təvəllüdlü Ceyhun Soltanov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər