• cümə, 19 Aprel, 22:50
  • Baku Bakı 24°C

Azərbaycanda torpaqlar yeni metodologiya ilə qiymətləndiriləcək

09.12.13 12:39 1406
Azərbaycanda torpaqlar yeni metodologiya ilə qiymətləndiriləcək
«APA-Economics»in məlumatına hörə, yeni üsul Avropa Birliyinin dəstəyi ilə İsveçin «Lantmateriet» və Latviya Dövlət Torpaq Xidməti ilə birlikdə hazırlanıb. Belə ki, bu proses zamanı əvvəllər nəzərə alınmayan cəhətlər əsas götürülür. «APA-Economics»in xəbər verdiyi kimi, bu yenilik haqda jurnalistlərə verdiyi açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
Q.Məmmədov qeyd edib ki, Avropa Birliyi Azərbaycana torpaqların bazar qiymətinin formalaşması istiqamətində dəstək göstərir: «Məsələn, Azərbaycanda ən yaxşı və keyfiyyətli torpaq dağ-qara torpaqlarıdır. Onlar Gədəbəydə yayılıb. Abşeronda isə boz-qonur torpaqlar yayılıb. Bu xüsusiyyətlərinə görə, Gədəbəyə 100 bal, Abşeron torpaqlarına isə 40 bal verilir. Lakin Abşeron torpaqları iqtisadi cəhətdən Gədəbəy torpağından qat-qat bahadır. Hesablamalar da göstərib ki, bu torpaqlardan əldə olunan gəlir də yüksək olur».
«Yeni üsulla Abşeronun paytaxta yaxın olması, infrastruktur, elektrik, qaz, bazara yaxın olması və s. kimi parametrləri nəzərə alınır. Amma bu vaxta qədər torpağın bonitirovkası və iqtisadi cəhətdən qiymətləndirilməsi zamanı bu məqamlar nəzərə alınmırdı», - deyən Q.Məmmədov torpağın qiymətləndirilməsi zamanı artıq yeni metodologiyanın tətbiq olunduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər