• şənbə, 20 Aprel, 00:59
  • Baku Bakı 15°C

Azərbaycanda torpaq uçqunu olub, xəsarət alan var

07.06.13 11:54 1313
Azərbaycanda torpaq uçqunu olub, xəsarət alan var
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çayı kənarından vətəndaş keçərkən torpaq uçqunu baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalaraq xəsarət alıb. Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən torpaq altından çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər