• cümə axşamı, 25 aprel, 08:16
  • Baku Bakı 14°C

“Azərbaycanda tolerantlığın şahidi oldum” - Natali Qule

13.06.15 13:48 994
“Azərbaycanda tolerantlığın şahidi oldum” - Natali Qule
“Azərbaycanda tolerantlığın, yüksək dini, milli dözümlülüyün şahidi oldum”.

APA-nın məlumatına görə, bunu Fransa senatının üzvü Natali Qule bu gün Bakıda Mətbuat Şurasının təşkil etdiyi görüşdə bildirib. O qeyd edib ki, ötən gecə Birinci Avropa Oyunlarının açılışında Ermənistan nümayəndə heyətinin keçidinə yaradılan şərait buna misal kimi göstərilə bilər: “Bu adi məsələ deyil, iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxtda yaradılan şərait yüksək dözümlülükdən xəbər verir”.
Senat üzvünün sözlərinə görə, Azərbaycan Qərbin tərəfdaşıdır: “Azərbaycanın strateji mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz regionda Azərbaycana strateji tərəfdaş kimi böyük önəm veririk”.
banner

Oxşar Xəbərlər