• çərşənbə axşamı, 19 mart, 09:58
  • Baku Bakı 8°C

Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı

14.08.19 11:34 7813
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.
Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Qeyd edək ki, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.

banner

Oxşar Xəbərlər