• cümə axşamı, 25 aprel, 17:35
  • Baku Bakı 23°C

Azərbaycanda ötən il 3 400-dən çox fermerə mikrokreditlər verilib

07.01.21 13:23 338
Azərbaycanda ötən il 3 400-dən çox fermerə mikrokreditlər verilib
Azərbaycanda 2020-ci il ərzində 3 400-dən çox fermerə mikrokreditlər verilib.
"APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib.
"2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılıb. Bu günədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib”, - deyə İ. Kərinmov qeyd edib.
Nazir əlavə edib ki, fermerlərin təbii fəlakətdən və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılıb. Ötən ilin noyabrından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib.
"Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilib. "Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc olunub. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir”, - deyə nazir bildirib.

banner

Oxşar Xəbərlər