• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Azərbaycanda tələbəni döyərək öldürdülər

03.09.13 08:49 1514
Azərbaycanda tələbəni döyərək öldürdülər
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.
Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Səfiyar oğlu Cəfərov ağır bədən xəsarətləri və kəllə beyin travması ilə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Həkimlərin səyinə baxmayaraq, V. Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində V. Cəfərovun döyülərək xəsarət aldığı müəyyənləşib. Ona xəsarət yetirən şəxsin isə Abşeron rayon sakini, 1980-cı il təvəllüdlü Pərviz Mirzə oğlu Abbasquliyev olduğu məlum olub. P. Abbasquliyev saxlanılıb.
Məlumatda həmçinin bildirilir ki, qətlə yetirilən V. Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. V. Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.
banner

Oxşar Xəbərlər