Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir

Cəmiyyət
19 İyun 2019, 15:30 185
Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir. Ölkədə müəllim peşəsinin nüfuzu xeyli artıb. Son illərdə qəbul imtahanında yüksək nəticələr göstərən və müəllim peşəsini seçən abituriyentlərin sayında ciddi artım var.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamları təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır. Belə islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək. O diqqətə çatdırıb ki, qeyd olunan sərəncamlar bu günə qədər diaqnostik qiymətləndirmədən keçən təxminən 150 min müəllimə şamil olunacaq.
Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlara görə təhsil ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Azərbaycanın təhsil işçiləri bu günə qədər olduğu kimi, bundan sonra da yeni nəslin bilikli, peşəkar, vətəndaşlıq məsuliyyətini dərk edən gənclər kimi yetişdirilməsində öz səylərini əsirgəməyəcəklər”, – deyə nazir qeyd edib.