• şənbə, 20 Aprel, 11:39
  • Baku Bakı 14°C

Azərbaycanda təcili tibbi yardım üçün vertolyotlardan istifadə halları azalıb

30.11.16 10:29 878
Azərbaycanda təcili tibbi yardım üçün vertolyotlardan istifadə halları azalıb
Son zamanlar təcili tibbi yardımın göstərilməsi üçün vertolyotlardan istifadə halları azalıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cavadov deyib.
Vertolyotlardan istifadə hallarının azalmasının səbəbini onlara artıq ehtiyacın duyulmaması ilə izah edən baş həkim qeyd edib ki, yerlərdə SN TTTYS nəzdində yüksək səviyyəli 12 regional məntəqə və "113” dispetçer mərkəzi yaradılıb.
Mərkəzlərin hər birinin yüksək səviyyəli həkimlərlə təmin edildiyini deyən M.Cavadov əlavə edib ki, hazırda 2 ədəd son model vertolyotları var. Həmin vertalyotlar bütün lazımi və müasir cihazlarla təmin olunub: "Bu vertolyotları bizə "Silkway” şirkəti verir. Ehtiyac olduqda biz onlara həmin vertolyotlardan istifadə üçün müraciət edirik. Həmin vertolyotlar ən az qəza törətmiş vertolyotlardır və onların bütün imkanları var. Bu vertolyotlara hətta "uçan reanimasiya şöbəsi” də demək olar. Ehtiyac olanda, yəni əraziyə maşın və digər vasitələrlə getmək mümkün olmadıqda biz bu vertolyotlardan istifadə edirik”.
banner

Oxşar Xəbərlər