• cümə, 19 Aprel, 19:57
  • Baku Bakı 24°C

Azərbaycanda təbii fəlakət: 100-dən çox ev ziyan çəkdi

29.08.13 07:41 1337
Azərbaycanda təbii fəlakət: 100-dən çox ev ziyan çəkdi
APA-nın şimal bürosunun məlumatına görə, Quba rayonu ərazisinə güclü yağış yağıb.
Nəticədə şəhərin bir neçə küçəsində və bəzi yaşayış məntəqələrində sel suları evlərə dolub.
Quba şəhərində, Alekseyevka kəndində və Qırmızı qəsəbədə 100-dən çox evə ziyan dəyib.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov dəyən ziyanın miqdarının müəyyənləşdirildiyini, əhaliyə dəyən zərərin aradan qaldırılması istiqamətində lazımi addımlar atıldığını bildirib.
banner

Oxşar Xəbərlər