AZE | RUS | ENG |

Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub

Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub
Ötən il Azərbaycanda tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub.
 
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Belə ki, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 126 turist gəlib.
 
Onların 39 561-i xarici ölkə vətəndaşıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.
 
Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.
"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Burada aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il "Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 751 nəfər olub. Onların 25 346-sı xarici vətəndaşlardır. "Atəşgah”ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

Hər zaman olduğu kimi, ötən il də "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ziyarətçi marağı böyük olub. İl ərzində qoruğa gələn 63 574 nəfərdən 54 717-ni xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.
 
Ölkəmizin regionlarında fəaliyyət göstərən mədəniyyət qoruqları, tarixi məkanlar da il ərzində çoxlu sayda ziyarətçi qəbul edib. Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 856 nəfər, Şəkidəki "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu isə 56 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna isə 20 700 nəfər baş çəkib.
 
Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000