AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda tanınmış iş adamını İnterpola verdilər

Azərbaycanda tanınmış iş adamını İnterpola verdilər

Kriminal
03 Avqust 2013, 09:43 1141
Azərbaycanın tanınmış iş adamı beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 47 yaşlı Fizuli Dünyamalıyev vergidən yayınma cinayətində təqsirli bilinir. İnterpolun saytında həmçinin qeyd olunub ki, F. Dünyamalıyev Azərbaycanın Kürdəmir rayonunda anadan olub, lakin hazırda Ukrayna vətəndaşlığını daşıyır.

Azərbaycan F. Dünyamalıyevin saxlanılması üçün İnterpola müraciət edib.

APA-nın əldə etdiyi məlumata görə, F. Dünyamalıyev Azərbaycanda fəaliyyət göstərən “Qafqaz Holdinq” MMC-nin rəhbəri olub. 2010-cu ilin iyun ayında Fizuli Dünyamalıyev Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu tərəfindən təsis olunmuş “Qız qalası” Milli Mükafatına layiq görülüb.