• şənbə, 20 Aprel, 07:41
  • Baku Bakı 14°C

Azərbaycanda sulu qəlyandan istifadə də məhdudlaşdırılır

27.04.17 13:20 734
Azərbaycanda sulu qəlyandan istifadə də məhdudlaşdırılır
Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan olunur.APA-nın məlumatına görə, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
Bu gün MM-də "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.
banner

Oxşar Xəbərlər