• çərşənbə axşamı, 19 mart, 06:53
  • Baku Bakı 8°C

Azərbaycanda süd bayramı keçiriləcək

13.05.13 16:03 2150
Azərbaycanda süd bayramı keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının(BMT) qərarına görə, hər il may ayının 21-i Beynəlxalq süd günü kimi qeyd olunur. Elə qonşu Türkiyə də 1993-cü ildən bu bayramı böyük sevinclə qarşılayır. Bayram günləri dünyanın əksər ölkələrində südün insanlara xeyrindən bəhs edilir və uşaqların böyüməsində südün xeyirlərindən bəhs olunur.
Azərbaycanda isə südlə bağlı heç bir tədbir və bayram keçirilmir. Elə bu məqsədlə “Milla” süd emalı zavodunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq süd bayramı qeyd olunacaq. Belə ki, mayın 21-də “Azur” ticarət mərkəzində Səbinə Babayeva, Eldar Qasımov, xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, eləcə də Rəhim Rəhimli və xaricdən dəvət olunmuş DJ-lər sabaha qədər parti proqramı ilə çıxış edəcəklər. Dünən zavodun işçiləri və prodüser Hüseyn Cavadzadə mətbuat konfransı keçirərək medianı məlumatlandırdılar və südün insanlara olan xeyrindən danışdılar.
Müğənni Elnarə Xəlilova Azərbaycanda süd bayramının keçirilməməyini təəssüf hissi ilə qeyd etdi: “Azərbaycanda ilk dəfə süd bayramı mənim təqdimatımda keçiriləcək. Belə ki, ilk dəfə keçirilən süd bayramının aparıcısı və siması olmaqdan sevinc hissi duyuram. Bu bayrama nəinki yerli müğənnilərimiz, hətta vətəndən kənarda məşhurluq tapan DJ-lər dəvət olunacaq. Mayın 21-i biz də bu bayramı qeyd edib, maraqlı bayram proqramı ilə çıxış edəcəyik. Südün insanlara olan xeyrini nəzərə alsaq, belə bayramın keçirilməsini çox vacib hesab edirəm. Övladlarımın böyüməsində daha çox ana südünə önəm vermişəm. Gələcəkdə ana müğənnilər cəmiyyəti də yarada bilərəm. Mən müğənnilərə ana olaraq işləməyin mümkün olduğunu nümayiş etdirirəm”.
Zavodun marketin departamentinin müdürü Ahmet Koçak BMT-nin qərarından sonra bütün dünyanın süd bayramının keçirilməsinə baxmayara, Azərbaycanda süd istehsalı az olduğu üçün bu bayramın keçirilmədiyini, ancaq bu ildə etibarən hər il qeyd olunacağını söylədi: “Çalışırıq ki, Azərbaycanda südün istehsalını artıraq. Bu gün dünyada 70 milyard ton süd istehsal olunur. 2014-cü ildə isə 80 milyard tona çatdırılacağı gözlənilir. Bir il ərzində adambaşına Avstraliyada 150, ABŞ-da 83, Türkiyədə 16, Azərbaycanda isə 2 litr süd istehlakı düşür. Bu isə çox aşağı göstəricidir. Südün insanlara xeyri çoxdur. Belə ki, minerallarla zəngin, bol vitaminli və kalsium mənbəyi olan süddən istifadə edənlər bir çox xəstəliklərə tutulmurlar. Süd həmçinin bədəndə olan yaraların tez sağalmasına da kömək edir. Bütün bunları nəzərə alaraq biz də bu bayramı qeyd etməli olduğumuzu düşündük”.
Zavodun kommersiya direktoru Şahin Yusifov Azərbaycan mətbəxinin zəngin olduğunu və bu mətbəxin dünyada tanınmasında südün faydasından danışdı: “Bütün dünya süd bayramı keçirdiyi halda, Azərbaycanın belə bayramdan kənarda qalması bizi çox məyus edirdi. Məqsədimiz isə süd bayramı keçirməklə kütlənin və dövlətin də bu sahəyə diqqətini çəkməkdir. Südün böyüklərə də xeyri çoxdur. İnsan orqanizminin formalaşmasında mühüm rol oynayan südün tərkibində, həmçinin B, D, E, K vitaminləri var. Südün tərkibində kalsium çoxluq təşkil edir. Ona görə bu nemət insan boyunun artmasında mühüm rol oynayır”.
Mətbuat nümayəndələrinin Elnarəyə ünvanlanmış mövzudan kənar “Tədbirin aparıcısı olacaqsınız. Bayramda iştirak edən xalq artistləri ilə münasibətiniz isə elə də yaxşı deyil. Bəs onları tamaşaçılara necə təqdim edəcəksiniz” sualına cavab olaraq müğənni belə halları normal qarşıladığını bildirdi: “Nəinki bu layihə çərçivəsində, hətta başqa tədbirlərdə də onları Azərbaycanın ən yaxşı müğənniləri kimi təqdim edirəm. Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanın adını böyük zövq alaraq təqdim edəcəyəm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər