• cümə, 29 Mart, 11:15
  • Baku Bakı 5°C

Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək

13.02.18 14:15 643
Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək
"Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayanVergilər Nazirliyiortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq".
"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziriMikayıl Cabbarovdeyib. Onun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək.
"Vergilər Nazirliyiöz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər dəVergilər Nazirliyiüçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitindəVergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərəkVergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır", - deyə M.Cabbarov vurğulayıb.
banner

Oxşar Xəbərlər