• cümə axşamı, 25 aprel, 08:08
  • Baku Bakı 14°C

Azərbaycanda son 5 ayda istehsal edilən neftin həcmi açıqlanıb

24.06.20 11:15 647
Azərbaycanda son 5 ayda istehsal edilən neftin həcmi açıqlanıb
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.
Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
banner

Oxşar Xəbərlər