• çərşənbə axşamı, 23 aprel, 13:53
  • Baku Bakı 24°C

Azərbaycanda şəxsi dini cərəyana və dini təhsilə məcbur edənlərə 5 ilədək həbs cəzası veriləcək

15.09.16 14:28 754
Azərbaycanda şəxsi dini cərəyana və dini təhsilə məcbur edənlərə 5 ilədək həbs cəzası veriləcək
Azərbaycanda dini fanatizm vəradikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.

Milli MəclisdənAPA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur.

Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

LayihəMilli Məclisə təqdim olunub.
banner

Oxşar Xəbərlər