• cümə, 29 Mart, 20:01
  • Baku Bakı 14°C

Azərbaycanda sərnişin qatarlarının sürəti artırılacaq

10.05.15 06:01 1910
Azərbaycanda sərnişin qatarlarının sürəti artırılacaq
“Yeni alınacaq 50-ə qədər elektrovoz, 10-a yaxın teplovoz Bakı və Gəncə şəhərləri arasında hərəkət edəcək”
“Dünya Bankı tərəfindən Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun təmiri ilə bağlı kredit ayrılıb və təmir işləri 1 il - 1,5 ilə başa çatdırılacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır”.
“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov hazırda Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olduğunu qeyd edib: “Bu, o qədər də xoşagələn deyil. Çalışacağıq ki, Gəncə və Bakı arasında insanların daşınmasını təqribən 5 saata endirək. 1970-ci illərdə Bakıdan Gəncəyə elektrik qatarı 50 dəqiqəyə çatırdı. Biz bu yolları bərpa edərək yenə də 5 saat qədər sərnişinlərin satdırılmasına nail olacağıq. Daha sonra Rusiya sərhədinə qədər dəmir yolunun əsaslı təmiri, yeniləşdirilməsi ilə məşğul olacağıq. Prezidentin tapşırığı ilə 50-ə qədər elektrovoz, 10-a yaxın teplovoz alınacaq və onlar bu yollarda hərəkət edəcək”.
banner

Oxşar Xəbərlər