• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək, tərkib yanvarda formalaşacaq

13.12.19 14:38 519
Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək, tərkib yanvarda formalaşacaq
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçirilib.
İclasda fevralın 9-da növbədənkənar parlament seçkilərində müşahidə ilə bağlı Azərbaycanın rəsmi dəvəti də müzakirə edilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd SeyidovAPA-ya bildirib ki, iclasda müzakirələrdən sonra Azərbaycanın rəsmi dəvəti məqbul sayılıb: "Müşahidə missiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Həmin qərar əsasında AŞPA-da təmsil olunan bütün partiyalardan 30 nəfərdən ibarət müşahidə missiyası fevralın 9-da növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək. Bu müşahidə missiyasına məruzəçilər də daxildir”.
S. Seyidov qeyd edib ki, müşahidə missiyasının tərkibi yanvar ayında formalaşacaq.
banner

Oxşar Xəbərlər