• cümə, 29 Mart, 12:54
  • Baku Bakı 14°C

Azərbaycanda saxlanılan erməni hərbçi üçüncü ölkəyə getmək istəyir

12.01.15 12:25 1118
Azərbaycanda saxlanılan erməni hərbçi üçüncü ölkəyə getmək istəyir
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Polis İdarəsinin Haupvaxtında monitorinq keçirib.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada 9 nəfər saxlanılır: “Onlardan dördü Ali Hərbi Məktəbin kursantı, beşi isə əsgərdir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Ümumiyyətlə, Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra həm hərbi hissələrdə, həm də haupvaxtda vəziyyət xeyli yaxşılaşdırılıb. Əsgərlərin şəraiti ilə bağlı bir sıra islahatlar həyata keçirilib. Hərbi hissələrdən əvvəllər bizə çox şikayət daxil olurdu. Lakin son dövrlər bu hal baş vermir”.
E. Behbudov haupvaxtda saxlanılan Ermənistan hərbiçisi Arsen Bagdasaryanla da görüşdüklərini deyib: “Orada saxlanılan 1994-cü il təvəllüdlü Arsen Bagdasaryan Eduardoviçlə də görüşdük. Öz istəyi ilə Azərbaycan tərəfinə keçdiyini bildirdi. Dedi ki, Ermənistanda vəziyyət çox pisdir. Hərbi hissələrdə əsgərlərə vaxtı keçmiş yeməklər verildiyini, əsgərlərin zabit və çavuşlar tərəfindən hər gün döyüldüyünü, nalayiq sözlərlə təhqir olunduqlarını bildirdi. Azərbaycan tərəfi onu mülki geyimlə təmin edib. Saxlanma şəraitindən və ona qarşı münasibətdən çox razıdır. Hər hansı şikayəti yoxdur. Gündə üç dəfə isti yeməklə, siqaretlə təmin olunur. Ermənistana qayıtmaq istəmir. Bildirir ki, üçüncü ölkəyə getmək istəyir”.
Qeyd edək ki, ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
banner

Oxşar Xəbərlər