• şənbə, 20 Aprel, 03:52
  • Baku Bakı 15°C

Azərbaycanda saqqal kəsən şəxs qandallandı

08.07.14 16:53 1071
Azərbaycanda saqqal kəsən şəxs qandallandı
Bir neçə gün əvvəl Sabirabadda dini zəmində baş verən hadisə zamanı Cavanşir Zərbəliyevin saqqalını kəsən Rəmzi Zeynalovun həbs olunması barədə xəbər yayılmışdı.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 ( xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Zeynalovun hərəkətləri həm müfaviq qurumlar, həm də ölkə dindarları tərəfindən pislənilib. Yayılan məlumatlara görə R.Zeynalov bu hərəkəti təxribat məqsədi ilə həyata keçirib. Çünki onun vəhabilərlə ortaya çıxan şəkilləri də böyük şübhələr yaradıb.
banner

Oxşar Xəbərlər