• cümə, 26 Aprel, 18:17
  • Baku Bakı 22°C

Azərbaycanda şagirdlərin sayı artıb

15.07.17 09:35 1041
Azərbaycanda şagirdlərin sayı artıb
Son 6 tədris ili ərzində Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı artıb.
Trend-in məlumatına görə, 2011-2012-ci tədris ilində dövlət məktəblərində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər, internat məktəbləri və siniflər istisna olmaqla) təhsil alan şagirdlərin sayı 1 milyon 278 min 100 min nəfər olduğu halda, 2016-2017-ci tədris ilində onların sayı 1 milyon 446 min 600 nəfərə yüksəlib.
Həmin şagirdlərin 1 milyon 234 min 100 nəfəri , yaxud bütün şagirdlərin 85,3 faizi 1 növbə, 212 min 500 nəfəri, yaxud 14,7 faizi iki və ya üç növbələrdə dərs keçirilən orta məktəbdə təhsil alır.
Statistik göstəricilərə əsasən, son 6 ildə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı azalıb. 2011-ci ildə ümumi orta təhsili 130 274 nəfər şagird bitirdiyi halda, 2016-cı ildə onların sayı 108 050 nəfər olub.
2011-ci ildə tam orta təhsili 97 465, 2016-cı ildə 87 576 nəfər bitirib.
banner

Oxşar Xəbərlər