AZE | RUS | ENG |

Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək

Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
Azərbaycanda sabit iqtisadi və siyasi mühit hökm sürür və bu gələcəkdə də davam edəcək.

Bunu Trend-ə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

Onun sözlərinə görə, Azərbaycan investisiya baxımından cəlbedici ölkəyə çevrilir ki, bu gələcəkdə iqtisadiyyatın artımına xidmət edəcək: "İnvestorları bu və ya digər ölkəyə investisiya qoymazdan əvvəl ilk növbədə sabitlik maraqlandırır. Onlara lazımdır ki, ölkədə siyasi çevriliş və ya iqtisadi böhran riskləri olmasın. Digər sözlə, onların investisiyalarının təhlükəsizliyini təmin edən müəyyən şərtlər olmalıdır”.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan danışan ekspert "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, Avropa üçün bu layihə çox vacibdir, çünki Avropa hər gün daha da gərginləşən vəziyyət fonunda öz təhlükəsizliyini təmin etmək üçün əlavə enerji mənbələrinə malik olmaq niyyətindədir: "Bildiyimiz kimi, Avropa bu gün bir qaz tədarükçüsündən asılıdır və Azərbaycan alternativ enerji mənbələri təqdim edə biləcək yeganə ölkə ola bilər”.

L.Spivak əlavə edib ki, beynəlxalq arenadakı rolu sayəsində Azərbaycan dünya əhəmiyyətli məsələlərin müzakirə olunduğu ölkəyə çevrilib: "Azərbaycan son on beş il ərzində bu istiqamətdə hərəkət edərək müxtəlif beynəlxalq səviyyəli forumlar təşkil edib. Azərbaycan artıq müxtəlif beynəlxalq proseslərdə vasitəçiyə çevrilib”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000