AZE | RUS | ENG |

Azərbaycanda Rusiya kino həftəsi keçiriləcək

Azərbaycanda Rusiya kino həftəsi keçiriləcək
Sentyabrın 7-də 10-dək Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi "Çernovik” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi "Kilimandjara” filmi, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi "Trener” filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi "Salyut - 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq.

Nümayişlərə giriş sərbəstdir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000