AZE | RUS | ENG |

"Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı heç bir problem yoxdur"

"Azərbaycan və Rusiya, ilk növbədə strateji tərəfdaşdır. Həmçinin ölkələrimiz arasında çox güclü mədəni əlaqələr mövcuddur".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın MDB-nin xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova deyib.

"Azərbaycanda olduqca böyük Rusiya diasporu var, həmçinin Rusiyada böyük Azərbaycan diasporu var. Buna görə də bu istiqamətdə də ciddi işlər davam edir. Azərbaycanda məktəblərdə və universitetlərdə sərbəst şəkildə tədris edilən rus dilinin öyrənilməsi baxımından heç bir problemimiz yoxdur.

Ölkələrimiz arasında böyük mədəni əməkdaşlıq var - xeyli sayda sərgi, konsert, "dəyirmi masa" və s. keçirilir. Bakıda çox yaxşı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Gələn il oxşar mərkəz Gəncə şəhərində də işə başlayacaq. Əminəm ki, bu, ölkənin digər regionları ilə əməkdaşlığın gücləndirilməsinə də böyük təkan verəcək", - E.Mitrofanova bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9284
GEL 1 1 Gürcüstan larisi 0.6418
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2203
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.6975
KWD 1 1 Küveyt dinarı 5.601
TRY 1 1 Türkiyə lirəsi 0.3215