AZE | RUS | ENG |

Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur

Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur
Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar ölkəmizdə mövcud deyil
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dini durum sabitdir: "Dövlətin qayğısı bu sahəyə kifayət qədərdir. Dini etiqad azadlığı qorunur, bütün inanclı insanların ibadətini həyata keçirməsi üçün şərait yaradılıb. Bunun sayəsində də ölkəmizdə mükəmməl dini birlik mövcuddur".
Sədr müavini bildirib ki, dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğrayıb: "Onun yerini radikal tendensiyalar, qruplaşmalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Ona görə də Azərbaycanda görülən bu işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Dünyadakı çağırışlara nəzərə salsaq görərik ki, Azərbaycan dünyada sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Azərbaycanın bu səyləri dünyada tarixi hadisəyə çevriləcək".

S. Heydərovun sözlərinə görə, Azərbaycana dini müstəvidə təhdidlər çox güclüdür: "Əgər əvvəllər siyasi müstəvidə təhdidləri görürdüksə, indi dini müstəvidə bunun şahidi oluruq. Fürsətdən istifadə edərək yad ideologiyaları Azərbaycana ixrac etməyə çalışırlar. Ona görə də hər Azərbaycan vətəndaşı milli-mənəvi dəyərləri mənimsəməli, öyrənməli və öz həyatına tətbiq etməlidir".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968