• cümə, 29 Mart, 12:38
  • Baku Bakı 14°C

Azərbaycanda qurbanlıq heyvanların satış qiyməti açıqlandı

01.10.14 15:25 1568
Azərbaycanda qurbanlıq heyvanların satış qiyməti açıqlandı
Qurban bayramı öncəsi qurbanlıq heyvanların kəsimi ilə əlaqədar Türkiyədən Azərbaycana səyyar kəsim avadanlıqları gətirilib.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, kəsim işləri təmiz şəraitdə həyata keçirilməsi məqsədi ilə, müvafiq çadırlarda həyata keçiriləcək.
“Növbəti ildən isə bu işlər geniş şəkildə tətbiq olunacaq. Kəsim sistemini təkmilləşdirmək üçün ölkə daxilində iri miqyaslı kəsim məntəqələrinin tikintisinə başlanıb”, - deyə H. Əsədov bildirib.
Nazir həmçinin bildirib ki, Qurban bayramında heyvanların ucuz qiymətə alınması üçün bütün zəruri tədbirlər görülüb.
Onun sözlərinə görə, heyvanların satış qiymətləri 90-95 manat və daha ucuz qiymətlərlə vətəndaşlara təqdim olunacaq.
“Keçən ilin qiymətləri ilə bu ilin qiymətlərini müqayisə etsək görərik ki, ilbəil istehsal vasitələrinin, o cümlədən gübrənin qiyməti ilbəil artır. Təbii olaraq, qiymət dispariteti baş verməsin deyə, müəyyən artımlar baş verməlidir. Bir az qiymətin qalxmağını mən kənd təsərrüfatı naziri kimi məqbul hesab edirəm”, - deyə H. Əsədov əlavə edib.
banner

Oxşar Xəbərlər