• şənbə, 27 Aprel, 04:54
  • Baku Bakı 14°C

Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək

14.12.16 12:42 1498
Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək
"Gələn ildən Azərbaycanda qeyri-qohumlar arasında da sümük iliyi transplantasiyası həyata keçiriləcək”.
APA-nın məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib. Şöbə müdiri bildirib ki, mərkəz artıq Avropa Sümük İliyi Bankının üzvüdür:"İndiyədək sümük illiyi transplantasiyası bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük illiyini uğurla köçürdük. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qeyri-qohum sümük illiyi transplantasiyası əməliyyatı həyata keçirək. Donorlar əsasən 2 yaşdan yuxarı olub. Bu il ilk dəfə 6 aylıq donorumuz olub”.
banner

Oxşar Xəbərlər