• şənbə, 20 Aprel, 13:07
  • Baku Bakı 23°C

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin sayı artıb

16.12.17 09:15 1736
Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin sayı artıb
Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin sayı artıb.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Siyahıya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq, beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə, nəzarət markasının alınmasına və xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folklornümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqlar daxil edilib.
banner

Oxşar Xəbərlər