• cümə axşamı, 25 aprel, 03:42
  • Baku Bakı 19°C

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq

17.03.18 14:10 628
Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq
Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.

"APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, bu institutda laboratoriyalar olacaq: "Bu insttitut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq, onların tərkibini təhlil edəcək”.

Q.Təhməzli bildirib ki, instutut əsasən geni modifikasiya edilmiş məhsulları araşdıracaq və bu məhsulların təhlili ilə məşğul olacaq: "İnstitut Azərbaycanada belə məhsulları müəyyən edəcək”.
banner

Oxşar Xəbərlər