• cümə, 26 Aprel, 07:51
  • Baku Bakı 12°C

Azərbaycanda qəza: sudan çıxarılan avtomobildən adam tapılmadı

16.11.13 08:25 1363
Azərbaycanda qəza: sudan çıxarılan avtomobildən adam tapılmadı
Noyabrın 15-də axşam saatlarında “QAZ-24” markalı minik avtomobili “Xan arxı”nın Xaçmaz rayonunun Ağaşirinoba kəndi yaxınlığından keçən hissəsinə düşüb.
APA-nın məlumatına görə, avtomobili ərazidən keçən sakinlər aşkarlayıb, bu barədə hüquq-mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat veriblər. Hadisə yerinə FHN-in regional bölməsinin xilasediciləri, Təcili Yardım Stansiyasının həkimləri və polis əməkdaşları cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Maşına baxış zamanı avtomobilin Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kənd sakini, 1971-ci il təvəllüdlü Əhməd Qadir oğlu Abuzərova məxsus olduğu aşkar edilib.
Avtomobildə insan aşkarlanmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
banner

Oxşar Xəbərlər