• cümə, 29 Mart, 09:23
  • Baku Bakı 5°C

Azərbaycanda qeyri-neft ÜDM-i 2,4% artıb

14.12.17 13:05 3310
Azərbaycanda qeyri-neft ÜDM-i 2,4% artıb
2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 mlrd. 71,3 mln. manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ÜDM istehsalının 40,1%-i sənayenin, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ini təşkil edib.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft bölməsində isə 5,1% azalıb.
banner

Oxşar Xəbərlər