• çərşənbə axşamı, 16 aprel, 14:23
  • Baku Bakı 19°C

Azərbaycanda qəsdən adam öldürmə cinayətlərinin 96,6 faizi açılıb

04.02.17 18:00 1129
Azərbaycanda qəsdən adam öldürmə cinayətlərinin 96,6 faizi açılıb
Ötən il Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 faiz (2015-ci ildə 95,5 %) təşkil edib.
APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.
banner

Oxşar Xəbərlər