• cümə, 26 Aprel, 16:35
  • Baku Bakı 23°C

Azərbaycanda qədim arxeoloji əhəmiyyətli qəbiristanlıq tapıldı

19.08.14 10:23 1087
Azərbaycanda qədim arxeoloji əhəmiyyətli qəbiristanlıq tapıldı
Altı qəbirdən ibarət olan abidədə həmin dövrün mədəniyyətini öyrənməyə imkan verən mədəniyyət nümunələri də müəyyən edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq son 100 ildə aparılan araşdırmalar siyahısında nadir tapınıtı hesab oluna bilər.
Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü əlamətlərə malik olmayan qədim qəbiristanlıq mövcuddur. Qəbirlərin coğrafiyasına görə və tapılan nümunələrə əsasən, buranın qədim və inkişaf eləmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.
Nekropol ərazidəki Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi tanınan qədim yaşayış məskənlərinin əhatəsindədir və Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf mərhələsinə aiddir.
Bu tapıntılar imkan verir ki, həmin dövrün adət ənənələrini, yaşayış tərzini daha yaxından öyrənmək mümkün olsun.
Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki, yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar yaxın gələcəkdə də davam etdiriləcək./apa/
banner

Oxşar Xəbərlər