• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

Azərbaycanda qarğıdalı istehsalı artmaqdadır

24.09.20 11:30 544
Azərbaycanda qarğıdalı istehsalı artmaqdadır
Ölkədə qarğıdalı yığımı davam edir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanda 2019-cu ildə 32.8 min hektar qarğıdalı sahəsi əkilib: "Əkin sahəsi 2018-ci ilə nisbətən 3.5% artıb. Cari ildə isə ölkədə 34.6 min hektar qarğıdalı əkilib. 2019-cu ildə qarğıdalı istehsalı 2018-ci ilə nisbətən 14.4% artaraq 283.6 min ton olub. 2020-ci ilin yanvar-avqust ayları ərzində qarğıdalı istehsalı 56.9 min ton olub. Qarğıdalının məhsuldarlığı 2019-cu ildə 59.5 sent/ha təşkil edib, 2018-ci ilə nisbətən 3.1% artıb".
banner

Oxşar Xəbərlər