Azərbaycanda qaraciyər xərçəngi və fibroma xəstəlikləri müalicə olunur

Azərbaycanda qaraciyər xərçəngi və fibroma xəstəlikləri müalicə olunur

Cəmiyyət
23 Aprel 2013, 13:49 7992
“Azərbaycanda həyata keçirilən yeni cərrahiyyə əməliyyatları vasitəsilə qaraciyər xərçəngini məhv etmək mümkün olur”. Bu barədə APA-ya əməliyyatı həyata keçirən Respublika Müalicə-Diaqnostika Mərkəzinin həkimi, tanınmış professor Əhməd Məmiş məlumat verib.

O bildirib ki, qaraciyər xərçənginin əməliyyatı perkütan deyilən sadəcə balaca bir iynə ilə girilərək radiotezliklə şüalar verilib şişin yandırılması və öldürülməsi şəklində həyata keçirilir.

Həkim qeyd edib ki, qadınlar üçün bu gün böyük problemə çevrilən myomma və ya fibroma xəstəliklərini artıq rahat şəkildə müalicə etmək mümkündür. Onun sözlərinə görə, bu gün 30 yaşından yuxarı qadınların 1/3-də bu xəstəliklərə rast gəlinir və mövcud hallar qadınlarda hamililəyi əngəlləyir, çoxlu qanaxmalara, ağrılara səbəb olur: “Bu şikayətlərin qarşısını almaq üçün myoma əməliyyatlarına alternativ olan minimal-invaziv myomma embolizasyon əməliyyatı həyata keçirilir. Bu əməliyyatda bud arteriyasından 2 mm-lik deşik açılaraq myommanın qidalandırıcı arteriyasına millimetrin ¼ nazikliyində mikrokateterlərə daxil oluruq. Myommanın qidalandırıcı arteriyası və önündəki toxumanı embolizasyon dediyimiz mikroskopik injeksionu ilə tam dayandırılır. Bu şəkildə myomma qidalanmaz və qan qəbul etməz hala gəlir. Qan qəbul etmədiyi zaman myommanın artıq balacalaşması və bədəndən zamanla sovrulması mümkün olur”.