• cümə, 19 Aprel, 14:30
  • Baku Bakı 25°C

Azərbaycanda qabiliyyət imtahanları başlayır

18.07.13 08:31 1470
Azərbaycanda qabiliyyət imtahanları başlayır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, ali məktəblərin müxtəlif istiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək davam edəcək.
Onun sözlərinə görə, bu gündən III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanı verməlidirlər. Onlar iyulun 18-dən 24-dək musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul-1 avqust tarixində, idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul-12 avqust tarixlərində olacaq. Kolleclərə qabiliyyət imtahanları isə avqustun 5-dən 13-dək keçiriləcək.
Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanlarının cədvəli TQDK-nın internet saytında yerləşdirilib.
banner

Oxşar Xəbərlər