AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi artırılacaq

Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi artırılacaq

Siyasət
01 Aprel 2021, 19:22 660
Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi artırılacaq.
Kaspi.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında”sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Qubadlı və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.