AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat
29 Mart 2021, 15:00 342
2021-ci ilin martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 917,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 1,9% artıb.
 
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 29,3% azalıb.
 
Qeyd edək ki, martın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6,3% təşkil edib. Bu ötən ayla müqayisədə 0,1 faiz bəndi çox, illik isə 2,1 faiz bəndi azdır.