• cümə, 19 Aprel, 21:47
  • Baku Bakı 24°C

Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı

02.08.13 12:15 1771
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün açıqlandı
Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edilib.
M.Pənahov iclasda bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq prezidentin səlahiyyətinin bitdiyi vaxt oktyabr ayının 3-cü həftəsinin üçüncü gününə təsadüf edir. Bu il oktyabr ayının 16-sına təsadüf edir. Həmin gün iş günü olmadığından, MSK həmin ayın digər gününə keçirmək haqqında qərar çıxartmalıdır: "Təklif edirəm ki, prezident seçkisi günü yenə 3-cü günə salınsın, lakin 1 həftə öncəyə".
Təklif MSK üzvləri tərəfindən təsdiqlənib.
banner

Oxşar Xəbərlər