AZE | RUS | ENG |

Azərbaycanda polisə silahlı basqın: bir polis öldürüldü, üçü yaralıdır

Azərbaycanda polisə silahlı basqın: bir polis öldürüldü, üçü yaralıdır
Polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub


17.10.2013
01:30

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Qusarda yaralanan polis əməkdaşlarının əməliyyat olunması üçün Daxili İşlər Nazirliyinin peşəkar həkim briqadası cəlb olunub.

Qusar rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, polis əməkdaşkarı Mövlüd Əliyev və Cəmil Nəsirovun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Onların vəziyyətinin stabil olduğu bildirilir


***
16.10.2013
22:24

Bu gün Qusar rayonunda polisə silahlı basqın olub. APA-nın hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisənin bəzi təfərrüatları bəlli olub. Məlumata görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib, lakin evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumata görə, Q. Quliyev ötən il radikal vəhhabi təriqətinə məxsus şəxslərin zərərsizləşdirilməsi üçün keçirilmiş əməliyyatda yaralanıbmış. Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.
Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.
Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır.

***
21:24

Bu gün Qusar rayonunda polisə silahlı basqın olub.
Qusar Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, basqın zamanı Qusar RPŞ-nin əməkdaşı, polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən şəxsin zərərsizləşdirildiyi bildirilir. APA-nın əldə etdiyi məlumata görə, polisə silahlı müqavimət göstərən şəxs radikal dini qruplaşmanın üzvü olub.

Hadisənin təfərrüatları araşdırılır.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056