• cümə, 26 Aprel, 09:07
  • Baku Bakı 12°C

Azərbaycanda polis rəisini döydülər

31.07.14 08:57 1126
Azərbaycanda polis rəisini döydülər
Rayon sakinlərinin AzVision.az-a bildirdiyinə görə, İsmayıllı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə saxlama əmri verib.
Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib.
Bundan hiddətlənən sürücü Ə.Cəililova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis bölməsinə aparıblar.
Sürücünün yaxınları dərhal 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.
Şahidlərin sözlərinə görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub.
banner

Oxşar Xəbərlər