• cümə axşamı, 25 aprel, 12:02
  • Baku Bakı 23°C

“Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” layihəsinin təqdimatı keçirilib

17.01.17 12:10 886
“Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” layihəsinin təqdimatı keçirilib
Bakıda Avropa İttifaqının və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" adlı birgə layihəsinin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini deyib. O bildirib ki, bu, digər sahələrlə yanaşı, penitensiar sahəyə də aiddir. Rəis müavini AŞ nümayəndələri ilə Azərbaycanın bu sahədəki fəaliyyətini Avropa standartlarına çatdırmaq üçün tez-tez görüşlər keçirildiyini söyləyib.
Daha sonra çıxış edən Avropa Şurasının Cinayətlərə qarşı fəaliyyət departamentinin nümayəndəsi İvan Koedjikov AŞ-nin penitensiar sahəyə dair tövsiyələri və əsas prinsipləri barədə danışıb. AŞ rəsmisi layihənin bu gün təqdim olunmasına baxmayaraq, artıq ötən ilin sentyabrından icrasına başlandığını bildirib.
AŞ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dragana Flipoviç bəyan edib ki, layihənin əsas məqsədi məhkumlar üçün səhiyyə xidmətlərinin göstərilməsində və həbsxanaların idarə olunmasında Avropa standartlarına uyğun dəstək göstərməkdir. O, layihənin Azərbaycan rəhbərliyi ilə əməkdaşlıq və açıq dialoq şəraitində aparıldığını vurğulayıb.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard layihənin 20 ay müddətində icra ediləcəyini söyləyib. Onun sözlərinə görə, bu məqsədlə Aİ tərəfindən yarım milyon avro ayrılıb: "Ümid edirik ki, layihə artıq ilik nəticələrini verəcək”.
banner

Oxşar Xəbərlər