• çərşənbə, 24 Aprel, 05:16
  • Baku Bakı 14°C

Azərbaycanda partlayış yanğınla nəticələndi: 4 yaralı var

15.03.14 08:17 1176
Azərbaycanda partlayış yanğınla nəticələndi: 4 yaralı var
Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər