• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

Azərbaycanda orta aylıq əmək haqqı 520 dollara çatıb

19.07.13 15:09 1399
Azərbaycanda orta aylıq əmək haqqı 520 dollara çatıb
Bu ilin iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 480,0 min nəfər olub və onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 583,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, muzdla işləyənlərin 23,0%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,7%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,1%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 408,8 manat təşkil edib və keçən ilin müvafiq dövrünə nisbətən 6,8% artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
banner

Oxşar Xəbərlər